GÜRCÜSTANA BURAXILMAYAN TARİXÇİ:”BU ÖLKƏ ƏLEYHİNƏ HEÇ BİR FƏALİYYƏTİM OLMAYIB”

0
551

“Gürcüstana hələ buraxılmamışam. İyul ayının 29-da Qazaxa getdim. Çünki hər Gürcüstana keçməzdən əvvəl adətən ilk növbədə Qazaxda Hacı Mahmud Əfəndinin türbəsini ziyarət edirəm. Türbəni ziyarətdən sonra getdik ki, Gürcüstana keçək, uşaqları problemsiz buraxdılar. Mənim növbəm gələndə əvvəlcə möhür vurdular, sonra isə kompyuterə baxıb və bildirdi ki, siz gözləyin. Mən də gözlədim”.
Bu barədə Sherg.az-a bir neçə gündür ki, Gürcüstana buraxılmayan “Borçalı” İctimai Birliyinin sabiq sədri, tarixçi alim Kərəm Məmmədov bildirib.
Tarixçi alimin sözlərinə görə, gömrükdən bildirilib ki, Gürcüstan hökuməti onun buraxılmağını istəmir:
“Amma səbəbini heç nə ilə izah etmədilər. Heç özüm də soruşmadım. Adətən Gömrük – keçid məntəqisində belə işlərin səbəbini bilmirlər. Mən də səfirliklə əlaqə saxladım. Səfirlik də Gürcüstanın dövlət orqanlarına müraciət edib. Hələ ki bir yenilik yoxdur”.
Bunun anlaşılmazlıq olduğunu güman edən tarixçi alim, Gürcüstana buraxılacağını ümidlə gözləyir:
“Çünki mənim Gürcüstan əleyhinə heç bir fəaliyyətim və çıxışım olmayıb. Biz dost, qardaş ölkəyik. Yenə deyirəm buraxılmamağımın səbəbini bilmirəm. Əvvəllər “Borçalı” İctimai Birliyinin sədri olmuşam. Bu ilin iyununda da o qurumdan istefa verdim. Hər halda güman edək ki , bu, texniki bir xətadır. İstəməzdim ki, mənə görə, Azərbaycanla Gürcüstan arasındakı münasibətlər pozulsun. Bu ölkələr arasında dostluq körpüsü rolunu oynayan ziyalılardan biri də mənəm. Hazırda Qazaxda ana yurdundayam. İnanıram ki, Gürcüstana buraxılmağım tezliklə təmin olunacaq. Çüni mənim heç bir problemim olmayıb”
Ayyət Əhməd

 

BIR CAVAB BURAXIN