Gürcüstan sərhədində Azərbaycan vətəndaşından 19 qızıl külçə götürüldü

0
337

Azərbaycan vətəndaşı qanunsuz olaraq Gürcüstan sərhədindən ümumi çəkisi 18,6 kq. olan 19 qızıl külçə keçirməyə çalışıb və “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində saxlanılıb.

Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına görə, müxtəlif əyarlı və ölçülü külçələri adı açıqlanmayan Azərbaycan vətəndaşı maşının arxa oturacağının altında və yük yerində gizlədib. Qanunsuz yük rentgen-skaner şüalandırılmasından sonra aşkar edilib.

Gömrükçülər qaçaqmal olan qızılın dəyərini 572,6 min dollar qiymətləndiriblər. İş materialları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim edilib.

Bu il ərzində ölkədən qanusuz qızıl əşyalar çıxaran Azərbaycan vətəndaşları artıq dördüncü dəfə tutulur. Bunlardan üç fakt “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində qeydə alınıb.
Aprel ayında Bayram Gəncəliyev və Elman Hüseynov Gürcüstana qanunsuz olaraq 12 kiloqram yüksək əyarlı qızıl və 131 min 950 Amerika dolları keçirmək istəyərkən saxlanılıblar. İyunda isə Gürcüstana 55 min lari (təxminən 24 min dollar) dəyərində qızıl külçələri Gürcüstana aparan Ramin Nəbiyev həbs olunub.
Türkiyə polisi isə 2016-cı ilin fevralında Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə aparılmış 33 kilоqram 576 qrаm аğırlığındа 39 ədəd saf qızıldan olan külçəni ələ keçirib.  /Amerikanın səsi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 − eight =