GÜNÜN QALMAQALI – 400 minə görə vəzifəsindən qovuldu İdman 11:00391 Baxış

0
653

İngiltərə yığmasının baş məşqçisi Sem Ellardays postundan qovulub.

Ellerdays sentyabrın 27-də İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb. Bundan sonra mütəxəssislə yolların ayrılmasına qərar verilib. Komandanı müvəqqəti olaraq Qaret Sautqeyt çalışdıracaq. Assosiasiyanın məsələ ilə bağlı yaydığı açıqlamada deyilir:

“Ellerdaysın davranışı yığma komandanın baş məşqçisi üçün yolverilməzdir. O, bilir ki, bağışlanmaz səhvə yol verib və buna görə üzr istədi. Ancaq baş vermiş hadisənin ciddiliyini nəzərə alan İngiltərə Futbol Assosiasiyası onunla yolları ayırmaq barədə qərar qəbul etdi. Qarşıdakı 4 oyunda komandanı Qaret Sautqeyt çalışdıracaq”.

Ellardays 400 min funt rüşvət almaqda ittiham olunur.

BIR CAVAB BURAXIN