Gözəgörünməz döyüş təyyarəsi

0
526

ABŞ-ın “Lockheed Martin” hərbi sənaye şirkəti uzun müddətlik araşdırmalardan sonra gözəgörünməz döyüş təyyarələri hazırlayıb.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən döyüş təyyarələri 1988-ci ildə məxfiliyini itirən əlçatmaz “F-117 Nighthawk” (“Gecə quşu”) təyyarəsindən dəfələrlə üstün imkanlara malikdir.

 

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin öyündüyü bu gözəgörünməz döyüş təyyarəsinin layihə planı 40 il öncədən planlaşdırılıb. Adının hələ də açıqlanmadığı bu təyyarənin əsas üstünlüyü gözəgörünməz olması və radarlardan gizlənməsidir.

 

“Lockheed Martin” şirkəti hesab edir ki, hazırda dünyada bu üstünlüklərə malik olan ikinci döyüş təyyarəsi mövcud deyil.

BIR CAVAB BURAXIN