“Görək o divan generallarının uşaqlarını cəbhəyə aparsalar yenə hücumdan danışacaqlarmı…”

0
354
 

Nə qədər ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə razılıq əldə etməyiblər, müharibə təhlükəsi həmişə olacaq və buna hazır olmaq lazımdır. Virtualaz.org xəbər verir ki, bunu Ermənistanda artan müharibə narahatlıqları və Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin yetişdiyi haqda son hesabatını şərh edən politoloq Armen Bədəlyan deyib.

“Aravot” qəzetinin yazdığına görə Bədəlyan hesab edir ki, beynəlxalq vasitəçilərin, Minsk Qrupunun münaqişəyə yetərincə diqqət ayırmadıqları haqda deyilənlərlə razı deyil. Çünki Azərbaycan özü də imkan verməz ki, münaqişə yaddan çıxsın. “Azərbaycan hər dəfə fürsət düşən kimi göstərmək istəyir ki, münaqişə həll olunmayıb və ona diqqət ayırmaq lazımdır”-Bədəlyan bildirib.

Erməni politoloq Ermənistanda “Azərbaycana preventiv zərbə endirməyə” çağıran bəzi generalları boşboğaz adlandırıb. Deyib ki, Ermənistan hücum edən tərəf olmalı deyil. “Yaxşı olardı ki, həmin obirinci hücum etmək tərəfdarlarının uşaqlarını hərbi xidmətə göndərsinlər və qoy onlar hücum edən qoşunarın ön sıralarında yer alsınlar. Görək o vaxt həmin divan generalları yenə də birinci hücum etmək barədə danışacaqlarmı. Ümumiyyətlə, hücum etmək lazım deyil, çünki gənclər həlak olacaq. Fəallıq ancaq diplomatik sahədə olmalıdır. Ermənistan isə elə siyasi və iqtisadi çəkiyə malik deyil ki, diplomatik cəhbədə fəallıq göstərsin”-erməni politoloq bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eight + 1 =