General MettisTrampın siyasətinə etiraz edərək sensasiyalı şəkildə istefa verib

0
519

ABŞ-da daha bir qalmaqallı istefa baş verib.

Arazinfo.com-un  TASS-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis tutduğu vəzifəsindən istefa verib. O istefasına səbəb kimi dolayısı ilə Donald Trampın Suriyadan qoşunları çıxarmasını göstərib. İstefa ərizəsində Mettis yazıb ki, ABŞ-ın güclü hərbi dövlət kimi qalmasına və müttəfiqlərinə münasibətdə hörmət etməsinə tərəfdar olub: “Biz müttəfiqlərimizə hörmət etmədən öz hərbi qüdrətimizi qoruyub saxlaya bilmərik”.

O qeyd edib ki, indiki şəraitdə sizin (Tramp) özünüzə daha yaxın olan və siyasətinizi dəstəkləyən müdafiə naziri ilə işləməyə haqqınız var.

Öz növbəsində Tramp Tvitterində yazıb ki, Mettis gələn ilin fevralın sonuna kimi vəzifəsində qalacaq. Həmin vaxta kimi isə o, yeni müdafiə nazirinin kimliyi məsələsinə aydınlıq gətirəcək.