Peris Hilton dünyada ən çox müzakirə olunan milyarder qızlarından biridir.
Publika.az tanınmış iş adamının qızı və aktrisa haqqında maraqlı fatktları təqdim edir.
1981-ci ildə anadan olan Peris Hilton tanınmış iş adamı və milyarder Rik Hiltonun qızıdır. O, yeniyetmə yaşlarından model kimi fəaliyyət göstərməyə başlayıb.
Peris Hilton özünü orijinal çəhrayı trendin yaradıcısı kimi görür.
“The Simple Life” (Sadə həyat) televiziya layihəsinin ilk hissəsi 13 milyondan çox izlənilib. Amerikada ən yüksək reytinqli seriallardan biridir.
DJ-liklə məşğul olan Peris bir saatda 347 min dollar qazanır. Yəni bir gecəsi 1 milyon dollardan çox edir.
2004-cü ildən bəri iyirmi üç ətrini çıxarıb. Ətirləri ən çox satılan məhsullar arasında liderlik edir.
Evinin giriş qapısında Şahzadə Peris yazır.
36 yaşlı ulduz sevgilisi Kris Zylkayla “The Simple Life” serialının bölümlərini təkrar izləyir.
“Hilton” otellər şəbəkəsinin varisi, aktrisa və müğənni Peris Hilton növbəti 10 il ailə qurmağı, bir neçə uşaq sahibi olmağı, 20-yə qədər it saxlamağı və 50-yə yaxın ətir çıxartmağı planlaşdırır.
O, həmçinin 2018-ci ildə uğurlu iş qadını olması və öz imperatorluğunu necə yaratmasıdan bəhs edən kitab çıxarmağı düşünür.
Peris Hilton 2003-cü ildə intim video-görüntüləri yayıldıqdan sonra tanınmağa başlayıb.
Dəbdəbəli həyatı ilə gündəmə gələn Peris Hiltonun 8 min dollarlıq çixuaxu adlı cins iti var. Aktrisa son iki ildə dişi itlərin alınmasına 46 min dollar xərcləyib. O, bir neçə il əvvəl 25 min və 13 min dollara pomeranya şpil küçüyü alıb.
Aytən