Fransa erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir

0
576

Fransa hökuməti beş nəfərdən ibarət erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir.

Sevak və Anait Sianosyanlar və onların Qraç, Mari və Liya adlı uşaqları 2013-cü ildən etibarən qeyri-qanuni olaraq Fransada yaşayırlar. Amyen şəhərində məskunlaşmış ailənin sənədləri də yoxdur.

Yerli orqanlar ailəni Azərbaycana deportasiya etmək niyyətindədirlər. Belə ki, Sevak və Anait Azərbaycan-erməni qarışıq ailələrində anadan olublar.

Yerli hüquq müdafiəçiləri ailənin müdafiəsinə qalxıblar. Onlar hakimiyyətə çardırmaq istəyirlər ki, Azərbaycan bu ailəni qəbul etməyə çətin ki razı olsun.

Məhkəmə bu yaxında yekun qərarını verməlidir.

Virtualaz.org

BIR CAVAB BURAXIN