Filippindən ABŞ-a GÜC NÜMAYİŞİ: Dərhal…

0
301

Filippin prezidenti Rodriqo Duterte Amerika xüsusi təyinatlıların ölkənin cənub regionlarından çıxarılmasını tələb edib.

 

  Dövlət başçısı xarici hərbçilərin terrorçuluğa qarşı əməliyyatın keçirilməsini çətinləşdirdiyini bildirib.

 

Amerika hərbçiləri 2002-ci ildən “Abu Sayyaf” terror qruplaşmasının döyüşçüləri ilə mübarizə çərçivəsində ölkənin cənubundakı Basilan və Colo adalarında yerləşdirilib. 2015-ci ildə onların böyük hissəsi ölkədən çıxıb, kiçik bir hissə isə yerli hərbçilərin hazırlığı ilə məşğul olmaq üçün qalıb.

 

“Amerika xüsusi təyinatlıları getməlidir. Mən Amerika ilə münasibətlərin pozulmasını istəmirəm, amma onlar getməlidir”, – Duterte bildirib.

 

Dövlət başçısının fikrincə, xarici hərbçilər döyüşçülər üçün çox qiymətli obyektdir və terrorçular girov götürdüyü xarici hərbçilərin azad edilməsi üçün yüksək miqdarda pul almaqda maraqlıdırlar.

 

Qeyd edək ki, bəyanat iki ölkə arasında diplomatik münasibətlərin soyuması fonunda səslənib. Keçən həftə Duterte ABŞ prezidenti Barak Obamanın anasını “əxlaqsız” adlandırıb. Filippin lideri daha sonra amerikalı həmkarından üzr istəyib.

Publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + seven =