“Facebook”da Peyğəmbərimizi (s) təhqir etdiynə görə həbs edildi

0
593


Dubayda Məhəmməd Peyğəmbəri(s) təhqir etmiş hindistanlı məhkəmənin qərarıyla 3 aylıq həbs cəzasına məhkum edilib.
34 yaşlı fəhlə “Facebook”da dərc etdiyi karikaturada Peyğəmbərimizi(s)  istehza hədəfinə çevirməyə çalışıb. Bu haqda hüquq-mühafizə orqanlarına onun müsəlman həmkarı məlumat verib. Məhkəmə hindistanlıya  3 ay həbs cəzası kəsməklə yanaşı,  karikaturanı paylaşdığı telefonu müsadirə edib və üstəlik, fəhləni 5 min dirhəm məbləğində cərimələyib.
Fəhlə  paylaşdığı karikaturanın Peyğəmbəri(s)  təhqir etdiyini bilmədiyini söyləyərək cinayəti etiraf etməkdən boyun qaçırıb. Buna rəğmən 3 aylıq həbsdən sonra islamofob hindistanlı Birləşmiş Ərəb Əmirliklərindən deportasiya ediləcək. (moderator.az)

BIR CAVAB BURAXIN