Fətullah Gülən Hocaəfəndi: “Bu demokratiyadan uzaq bir hadisədir”

0
587

Fətullah Gülən Hocaəfəndi Türkiyədə baş verən hərbi çevriliş cəhdinə münasibət bildirib. “Financial Times”ın məlumatına görə, Hocaəfəndi Türkiyədə olan hərbi çevrilişi qınadığını və bunun demokratiyadan uzaq bir hadisə olduğunu ifadə edib: “Türk vətəndaşları və Türkiyə üçün Allaha dua edirəm. Türkiyədə baş verənlərin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulayıram. Hökumət azad və ədalətli seçki prosesi ilə hakimiyyətə gəlməlidir, çevriliş yolu ilə baş verməməlidir. Demokratiyaya edilən hər cür qiyamı pisləyirik. Bir müddətdir ki, zəifləmiş demokratiyamız əfsuslar olsun ki bir daha dərin yara aldı. ”- deyə qeyd edib.

F. Gülən qiyamın onun tərəfindən təşkil edilməsi haqda iddialara da münasibət bildirib: “Olduqca qəribə olan bu qiyam təəssüf ki, ölkədə üç ildən bəri yaşanan “hizmətçi ovu”na yeni bir mərhələ gətirmək istəyənlər üçün əlavə fürsətdir. Elə buna görə də ilk dəqiqələrdən etibarən prezident Ərdoğanın və hökumətin bu çevrilişdə xidmət hərəkatını günahlandırması bu narahatlığımızın doğru olduğunu göstərdi”.

BIR CAVAB BURAXIN