Evlərin kirayəsi və satış qiyməti niyə ucuzlaşıb?

0
631

Adətən yay aylarında kirayə bazarında passivlik müşahidə olunur. Bu da, öz növbəsində, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Ali məktəblərdə dərslərin bitməsi və tələbələrin bir qisminin tətilə getməsi, digər qisminin isə ümumiyyətlə, universitetləri bitirməsi kirayə mənzillərə olan tələbatı azaldır. Həmsöhbətimiz Natiq Ağayev uzun illərdi kirayə mənzil bazarında çalışır. Onun sözlərinə görə, bu il kirayə bazarında ucuzlaşma müşahidə olunur: “Qiymətlər ünvanından asılı olaraq dəyişsə də, bu il birotaqlı mənzillər 150-200 manata kirayə verilib”.

 

Digər müsahibim Mahir Əliyev isə deyir ki, ötən illə müqayisədə də kirayə mənzillər ucuzlaşıb. Ötən il 2 otaqlı mənzilin aylıq kirayəsi 400-450 manat arası dəyişirdisə, bu gün qiymət 250-300 manat təşkil edir: “Yeni tikililərdə iki otaqlı mənzillər 350-400 manatdır. Bir otaqlılar isə 300-350 manatdır. Köhnə binalarda isə qiymət 250-300 manat arasında dəyişir. Yay fəslində qiymətlər düşür. Qışla müqayisədə isə 50 manat fərq olur. Bu gün kirayə mənzil soruşanların sayı demək olar ki, çox aşağıdır. Yəni mənzil çoxdur, amma  götürən yoxdur”.

BIR CAVAB BURAXIN