Ermənistanda növbədənkənar seçkilər dekabrın 9-da keçiriləcək

0
504

Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin dekabr ayının 9-da keçiriləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Hələlik Nikol Paşinyanın qarşıdan gələn növbədənkənar seçkilərlə bağlı nə vaxt istefa verəcəyi məlum deyil. Belə ki, Ermənistan Konstitusiyasına görə, parlament buraxıldıqdan sonra yeni seçkilər ən tezi 30, ən geci isə 45 gün ərzində keçirilməlidir. “Jamanak” bununla əlaqədar yazır: ” Əgər Paşinyan  bu gün və sabah istefa versə onda seçkilər 45 gün ərzində baş tutacaq. Ancaq 30 gün müddətinə növbədənkənar seçkilər keçirilsə, onda Paşinyan bu ayın sonunda istefa verməli olacaq. Bütün hallarda növbədənkənar seçkilər dekabr ayının 9-da keçiriləcək”.

BIR CAVAB BURAXIN