“Ermənistan keçmiş sovet respublikaları arasında ən yoxsul dövlətdir”.
APA-nın məlumatına görə, bu barədə erməni fəal Armine Saakyanın ABŞ-ın “Huffington Post” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Yazıda bildirilir ki, Ermənistanda korrupsiya gündən-günə atır, kasıbla varlı arasında ciddi fərq var: “Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır. Onlar yalnız sağ qalmaq barədə düşünürlər. 2013-cü ildə ölkədə qəbul edilən təqaüd islahatları təqaüdçülərə köpmək etməyib. Əksinə, işləyən insanların məvacibini pensiya sisteminə daha çox yönəltməklə, onların gəlirlərini azaldıb. Tələbələr nüfuzlu universitetlərə yalnız rüşvət verərək girirlər. Onlar bu yolla dərslərdə də iştirak etməyə bilirlər. Pul səhiyyə sahəsində də “danışır”. Əgər sənin əməliyyata və ya ciddi müalicəyə ehtiyacın varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən uzun müddət yaşaya bilməzsən”.
Məqalədə Ermənistanda yaranmış durum ölkənin Rusiyadan asılı olması ilə əlaqələndirilir: “Ermənistanın müstəqillikdən bəri düzəlməməsinin ən böyük səbəbi onun sözdə müstəqil olmasıdır. Reallıqda ölkə hələ də Rusiyanın müstəmləkəsidir. Rusiya Ermənistanın aldığı təbii qazın əksəriyyətini verir. O, həmçinin ölkə böyü qaz boru xətlərinin sahibidir. Bununla yanaşı, Rusiya şirkətləri Ermənistandakı ən böyük elektrik müəssisələrinin sahibidirlər. Ermənistanın Avropa İttifaqı ilə 2013-cü ilin payızında assosiativ saziş imzalayaraq Rusiyadan iqtisadi asılılığını azaltmaq şansı var idi. Dünya haqqında bir balaca məlumatı olan ermənilər ölkələrinin Aİ-yə qoşulmasını istəyirlər. Çünki Aİ Sovet İttifaqına nisbətən daha perspektivlidir. O zaman niyə ən yaxşıya doğru getməyək? Assosiativ saziş imzalanmalı olan ərəfədə Rusiya prezidenti Serj Sarkisyanı Kremlə çağırdı. Putin, Sarkisyan və hər iki hökumət daxilində bir neçə nəfər çıxmaq şərtilə, heç kəs danışıqların nədən ibarət olduğunu bilmədi. Daha sonra Ermənistan Rusiya tərəfindən yaradılmış Avrasiya İqtisadi İttifaqına qoşulacağını açıqladı. Rusiya Ermənistanın iqtisadiyyatını əlində saxlamaqla yanaşı, bu ölkədə qoşun saxlayır ki, vassalı qoyulan xətti keçməsin”.