Ermənistan: Etirazçılar Yerevanda beynəlxalq aeroporta gedən yolu bağlayıb

0
675

Ermənistan parlamenti tərəfindən çərşənbə axşamı baş nazir vəzifəsinə namizədliyi təsdiq olunmayan etiraz hərəkatının lideri Nikol Paşinyan bu gündən “hər yerdə dinc vətəndaş itaətsizliyi” aksiyalarına başlamağa çağırıb.

Səhər saat 8-dən sonra etirazçılar yolları bağlamağa başlayıblar.

“Zvartnots” beynəlxalq aeroport istiqamətində adamlar cərgəylə düzülüb və maşınlarla yolu kəsiblər.

Onlarla qara geyimli, qara beretli xüsusi polis əməkdaşları gətirilib. Onların əlində heç bir silah, xüsusi vasitə – dəyənək və sipər yoxdur.

Polis kənara çəkilib, yolu aşmağa cəhd etmir. Yolu bağlayan əhali polisi çəpiklərlə alqışlayır. Bəziləri “Polis bizimdir” – qışqırır.

Çantalı və çemodanlı adamlar etirazçıların arasından keçərək, piyada aeroport istiqamətində gedirlər.

Etirazçıların sayı get-gedə artır, çoxlu məktəb yaşlı uşaq var.

Ermənistanda etirazlar
Image captionİzdiham parlament iclasını meydanda iki böyük televiziya ekranında uzləyib

Dünən səsvermədən sonra verilmiş qərar

Səsvermədən sonra Paşinyan parlament iclasının gedişini Yerevanın Respublika meydanında quraşdırılmış iki böyük televiziya ekranında izləyən minlərlə tərəfdaşlarının yanına tələsib.

“Sabah saat 8:20-dan bütün avtomobil yolları, metro, küçələr bağlanır, ümumi tətil elan edilir, tələbələr, məktəblilər dərsə getmir, dəmir yolu, aeroport təcrid edilir”, – ən azı 12 saat meydanı tərk etməmiş izdiham qarşısında çıxışında o deyib.

Onun sözlərinə görə, əvvəlki günlərdən fərqli olaraq, vətəndaşlardan narahatlıq üçün üzr istəmək lazım deyil.

“Çünki bu gün etirazçıların hərəkətlərindən narazı olanları barmaqlarla saymaq olar: Ara Babloyan, Vahram Bağdasaryan, Armen Aşotyan…” – deyə, Paşinyan respublikaçı parlament sədri, fraksiya rəhbəri və s. üzvlərini xatırladıb.

Ermənistanda etirazlar
Image captionErmənistanda etirazlar

Dünənki parlament yığıncağında verilmiş qərar

Çərşənbə axşamı Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini təsdiq etməyib.

Müxalif millət vəkilin lehinə 45, əleyhinə 56 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib. Qələbə üçün Paşinyanın 7 səsi çatmayıb.

Nikol Paşinyan yeganə namizəd idi, onun namizədliyini parlamentdə 9 üzvü olan “Yelk” fraksiyası təklif edib.

Ermənistan konstitusiyasına əsasən, belə olan halda 7 gündən sonra təkrar seçkilər keçirilməlidir. Lakin ikinci seçki turunun namizədləri ayrıca fraksiya deyil, ən azı Milli Məclis üzvlərinin üçdə biri tərəfindən təklif edilməlidir.

Bu dəfə də hökumət başçısı seçilməzsə, Milli Məclis buraxılmalı və 30-dan 45 günə qədər müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir.

BIR CAVAB BURAXIN