Ermənilər Ziya Bünyadova nələr vəd etmişdilər?

0
680

 

 

Çoxları bilməsə də, məhz Ziya Bünyadov mərhum Heydər Əliyevin xahişi ilə Azərbaycan tarixini yenidən, sovetlərin senzurası olmadan yazmağa başlamışdı. Onun arxivlərində olan sənədlərdə ermənilərə qarşı tutarlı faktlar var idi və akademik bunları mərhum Heydər Əliyevə demişdi. O isə öz növbəsində Ziya müəllimə demişdi ki, Azərbaycan tarixini elə yazmaq lazımdır ki, ermənilərin iddialarının qarşısını almaq olsun.

Arazinfo.com kult.az-a istinadən xəbər verir ki, bu məlumatı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev paylaşıb. Alim bildirib ki, 1970-80-ci illərdə Ermənistan akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadova Ermənistan MEA-nın akademiki olmasını təklif edib:

“Onlar bu təklifi qəbul etməsi üçün ayda 7 arxa dönəninə bəs edəcək maaşla təmin olunacağını bildirir, hətta ona villa verəcəklərini də vurğulayırdılar. Mərhum akademik “Vətənim mənə hər bir var-dövlətdən üstündür” deyərək ermənilərin bu təklifini rədd etmişdi. Hətta onun yazdığı rus dilində kitabları ermənilər dərhal alırdılar ki, SSRİ-də yayılmasın”.

Z.Əliyev vurğulayıb ki, 1964-cü ildə “Azərbaycanın könüllü şəkildə Rusiyanın tərkibinə daxil olmasının” 150 illiyi bayram ediləndə etiraz səsini ucaldan yeganə ziyalımız Ziya Bünyadov olmuşdu:

“1991-ci ildə mərhum Heydər Əliyev Naxçıvanda olanda onunla görüşə ilk gedənlərdən biri akademik Ziya Bünyadov idi. 1991-ci ilin 6 mayında iki şəxsiyyətin görüşü baş tutur. Heydər Əliyev qollarını geniş açaraq, akademiki bərk-bərk qucaqlayır və deyir: “Ziya müəllim, mən bura bir çoxunun – bir vaxtlar vəzifə, səlahiyyət verdiyim adamların mənimlə görüşə gələcəklərini güman etsəm də, sizin gələcəyinizi qətiyyən gözləmirdim, heç düşünmürdüm də… Mənim üçün gözəl bir sürpriz etdiniz. Çox sağ olun ki, məni yad edib gəldiniz, görüşdük”.

Z.Əliyev qeyd edib ki, 1988-ci ildə Ermənistandan kütləvi deportasiyalar zamanı Ziya Bünyadov doğma yurdlarından çıxarılanların hökmən Dağlıq Qarabağa yerləşdirməyin lazım olduğunu tələb edən azsaylı ziyalılardan idi:

“O bildirirdi ki, onlar burda çox olsa, ermənilər Qarabağa iddia edə bilməzlər”.

Qeyd edək ki, Z.Bünyadov 1997-ci il fevralın 21-də evinin önündə qətlə yetirilib.

 

BIR CAVAB BURAXIN