“Ev verdilər, indi axı necə deyim ki, 50 min manat borcum var”

0
568

"Ev verdilər, indi axı necə deyim ki, 50 min manat borcum var"

Könül Xasıyeva: “Sağ olsunlar, mənə ev verdilər, indi axı necə deyim ki, 50 min manat borcum var”

Xalq artisti Könül Xasıyeva dünən xəstəxanaya yerləşdirilməli idi. Son durumla bağlı xanəndənin özü ilə əlaqə saxladıq.

Könül Xasıyeva “Şərq”ə açıqlamasında bunları söylədi:

“Respublika Mərkəzi Klinik Xəstəxanada həkimlə danışdım. Dedilər ki, bir neçə gündən sonra bayram günləri olduğu üçün həkimlər işdə olmayacaq.

Ona görə də bayram günləri bitdikdən sonra xəstəxanaya yerləşmənizi məsləhət edirik. Bu müddətdə isə evdə müalicə olunmaq üçün dava-dərman yazdılar. Yeni ilə qədər ev şəraitində müalicələrim davam edəcək. Ən acınacaqlısı isə odur ki, müalicəm, dava-dərmanım üçün heç bir imkanım yoxdur. Dava-dərmanı almaq üçün beş manat əlavə pulum yoxdu.

4 ildən artıqdı heç bir məclisə getmirəm. Hardan gəlirim ola bilər ki? 50 min manat borcum var. Sağ olsun dövlətimiz, Mehriban xanım Əliyeva, məni evlə təmin edib. Amma mən onlara hər çətinliyimi deyə bilmərəm ki… Dövlət mənə ev verib. Mən indi necə deyim ki, mənim 50 min borcum var, buna görə də köməyə ehtiyacım var. Sağ olsunlar ki, məni evsiz qoymadılar. Amma dolanışıq üçün pul lazımdı. Mənim isə nə qazanmağa imkanım var, nə də səhhətim imkan verir ki, beş manat gəlir əldə edim. Çox acınacaqlı durumdayam.

Deyirlər efirə çıx, dərdini söylə, bəlkə kömək edən olar. Nə deyim? Görünən dağa nə bələdçi? Nə gündə olduğumu görənlər görür. Əgər kimsə kömək etmək istəsə, onu efirdən kənarda da edə bilər. O qədər imkanlı iş adamlarımız var ki, onlar mənə kömək edə bilər. Mənim tək ümidim budu. Mənim bu borclardan canım qurtarsa, rahat nəfəs ala bilərəm. Dərd çəkməyə artıq gücüm də qalmayıb. Bilmirəm bayrama qədər vəziyyətim necə olacaq”.

BIR CAVAB BURAXIN