Ermənilərdən Tbilisidə Azərbaycana qarşı yeni təxribat

0
440

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib.
Arazinfo.com apa-ya istinadən xəbər verir ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.
Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.
Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri – Samvel Davadyan da qatılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + three =