Bakının eks-merinin nəvəsi ABŞ-da mükafat aldı – Foto

0
606


 

“İçəri Şəhər” filmində rol alan əməkdar artist Firdovsi Atakişiyev ABŞ-ın 50-ci “Vorldfest Hyuston” Beynəlxalq Film Festivalında “Ən yaxşı ikinci plan kişi rolu”, aktrisa Təhminə Rafaella (Bədəlova) isə “Ən yaxşı qadın rolu” mükafatlarına nominant elan olunublar.

“Azərbaycanfilm” kinostudiyasındanTeleqraf.com-a verilən məlumata görə, film festivalda uğurla nümayiş olunub. Hyuston şəhərində keçirilən festivalda filmimizi Təhminə Bədəlova təmsil edib.

“İçəri Şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Ekran əsəri ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə digər rolları Mehriban Zəki, Elmira Şabanova canlandırırlar.

Qeyd edək ki, filmin ideya və ssenari müəlliflərindən olan Təhminə Rafaella Bakının keçmiş meri Rafael Allahverdiyevin nəvəsidir.

https://youtu.be/7OtNkByOlho?list=PLFhOHxvwX3NRipiOt-3hzMMp3zewb3Jvn

 

BIR CAVAB BURAXIN