Erməni nazirin oğlu tutuldu

0
500

Ukraynanın Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakovun oğlu Aleksandr Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna nazirinin keçmiş məsləhətçisi İlya Kiva bildirib.

“Aleksandrı saxladılar. Bildiyim qədər, axtarış heç bir nəticə verməyib, buna görə də telefonlar və planşetlər götürülüb. Bunu yüz faiz bilirəm, çünki bilavasitə əlaqədəyəm və ünsiyyət saxlayıram”, – Kiva “112 Ukrayna” telekanalının efirində deyib.

O qeyd edib ki, axtarış artıq başa çatıb və Avakovun oğlu məhkəməyə göndərməlidir.

“Nazirlə manipulyasiya etmək və onun qərarlarına təzyiq imkanlarına malik olmaq üçün oğlunu həbs etmək istəyirlər”, – sabiq məsləhətçi vurğulayıb.

Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − three =