İslam Kərimovun Kuçmadan olan oğlu ortaya çıxdı

0
570

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun oğlu tapılıb.

Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan mətbuatı yayıb. Mətbuat Kərimovun Gülnarə və Lola adlı qızından əlavə Pyotr adlı oğlunun olduğunu da bildirib. Pyotr Kərimovun 60-cı illərdə evli olduğu Natalya Petrovna Kuçmadan olduğu vurğulanıb. Kərimovun Natalyadan olan oğlu 1969-cu ildə dünyaya gəlib. Natalyanın özü isə 2008-ci ildə Daşkənddə dünyasını dəyişib.

Mətbuat Pyotrun hazırda Moskvada yaşadığını və bir övladı olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Kərimovun yalnız 2 qızı və 5 nəvəsi olması haqqında onun bioqrafiyasında məlumat verilirdi.

BIR CAVAB BURAXIN