Erdoğan deyir ki, Türkiyə qoşunları əl-Baba daxil olub

0
685

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 12-də bəyan edib ki, Türkiyə qoşunları və onun müttəfiqi olan Suriya qiyamçıları əl-Bab şəhərinə daxil olublar və İŞİD-in şəhərdən çıxarılması prosesi başlanıb.

“Əl-Bab hər tərəfdən həlqəyə alınıb…Qoşunlarımız şəhərin mərkəzinə daxil olublar, – deyib Erdoğan – İŞİD qüvvələri əl-Babdan tamamilə çıxmağa başlayıblar”.

Əl-Bab İslam Dövləti adlandırılan təşkilatın Hələb vilayətindəki son istekamıdır.

Amerikanın səsi” yazır ki, “lakin əsas sual Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində atacağı növbəti addımın nə olacağıdır”.

Türkiyə bu əməliyyata başlayarkən əsas məqsədi Suriyanın şimalındakı yarımmüstəqil kürd anklavlarının birləşməsinin qarşısını almaq idi.

Əl-Bab üzərinə kürd qüvvələri də hücum planlaşdırırdılar, lakin Türkiyə hərbi təyyarələrinin zərbələrindən sonra geri çəkilmişdilər. Əl-Babın İŞİD-dən alınması Assad hökumətinin də məqsədlərindən biri idi.

Suriya qiyamçıları əl-Bab ətrafında

Suriya qiyamçıları əl-Bab ətrafında

Vaşiqntondakı Yaxın Şərq Siyasəti analitik mərkəzindən təhlilçi Fabrice Balanche deyib ki, nə Suriya hökuməti, nə də Türkiyə əl-Babın kürdlərin əlinə keçməsini istəmirdi.

Moskva da məhz buna görə Türkiyə qoşunlarının əl-Bab üzərinə hücumunun üstünü vurmurdu. Əksinə Rusiya hərbi aviasiyası əl-Bab ətrafında ağır itkilər verən türk əsgərlərinə havadan dəstək də verirdi.

Əl-Babdan cənubda artıq Assad qüvvələri səngərlənib və Türkiyə bu yaxınlarda əl-Babdan o yana keçmək niyyətində olmadığını bildirib.

Balanche deyir ki, Rusiya və Türkiyə arasında İran tərəfindən dəstəklənən bu razılaşma prinsipcə kürdlərin də əleyhinə yönəlib.

Tramp nə deyəcək?

Eyni zamanda fevralın 12-də Erdoğan bildirib ki, Suriyada “terrorçu qruplaşmalar” məhv edildikdən sonra Türkiyə qoşunları orada qalmayacaq. Lakin Erdoğan “terrorist qruplaşmalar” dedikdə İŞİD-dən başqa, Suriya kürd qüvvələrini də nəzərdə tutur.

Erdoğan bunu da əlavə edib ki, İŞİD-i, kürdlərin YPG və PYD qüvvələrini regiondan çıxardıqdan sonra İŞİD-i Raqqadan da çıxarmaq “çox yaxşı” olardı, amma bu barədə danışmaq hələ tezdir.

ABŞ Suriya kürdlərinə hərbi dəstək verir

ABŞ Suriya kürdlərinə hərbi dəstək verir

Türkiyə qoşunlarının Suriyanın dərinliklərinə irəliləməsi Assad rejimini də qıcıqlandırır. Bundan başqa Türkiyə qoşunları kürdlərin əlində olan Mənbicə doğru irəliləsə, bunun ABŞ tərəfindən necə qarşılanacağı bəlli deyil. Oradakı kürd qüvvələrinə birbaşa ABŞ dəstək verir.

Balanche deyir ki, sonrakı ssenarini heç şübhəsiz bu münaqişədə baş rolu oynayan Rusiya yazacaq.

Özünün seçki kampaniyasında Donald Trump deyirdi ki, “kürd qüvvələrinə böyük rəğbəti var, amma Türkiyə ilə də yaxşı münasibətlərin” tərəfdarıdır.

O ümid etdiyini bildirirdi ki, Suriyada Türkiyə və Suriya kürdlərinin qüvvələrini vahid düşmənə qarşı birləşdirmək yaxşı olardı.

Məhz buna, əksər şərhçilər qətiyyən inana bilmirlər.

BIR CAVAB BURAXIN