Emmanuel Makron ABŞ-ı müttəfiqlərinə xəyanətdə günahlandırıb

0
565
French President Emmanuel Macron speacks as he visits Station F startup campus in Paris, on October 9, 2018. (Photo by LUDOVIC MARIN / various sources / AFP) (Photo credit should read LUDOVIC MARIN/AFP/Getty Images)

Fransa prezidenti Emmanuel Makron ABŞ qoşunlarının Suriyadan çıxarılmasından təəssüfləndiyini bildirib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə ğörə, Fransa prezidenti istənilən yerdə müttəfiqlərin borcunun çiyin-çiyinə vuruşması olduğunu bildirib. Röyter agentliyinin yaydığı məlumata görə məsələ ilə əlaqədar Çadda  keçirdiyi mətbuat konfransında Emmanuel Makron: “Prezident Donald Tramp tərəfindən ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə qəbul edilən qərarı təəssüf hissi ilə qarşıladım. Müttəfiq olmaq məsuliyyətli işdir və dünyanın istənilən yerində çiyin-çiyinə döyüşmək deməkdir. İstənilən müttəfiq sədaqətli olmalıdır və dostunun ən ağır vəziyyətində onu meydanda tək qoymamalıdır”,-deyib.

Makron eyni zamanda deyib ki, ABŞ-ın belə bir addım atmasına baxmayaraq Fransa Suriyada qalacaq.