Elmar Məmmədyarov türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq

0
643

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.

 

APA-nın nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

R. Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı zirvə görüşünün önəmini qeyd edərək toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirib.

 

Tərəflər BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi məsələsini müzakirə ediblər. E. Məmmədyarov məmnuniyyətlə nazirlərin toplantısına qatılacağını bildirib. O, Azərbaycanın Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini söyləyərək təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğulayıb.

BIR CAVAB BURAXIN