Elman Rüstəmov yenə baş aldadır

0
540

“Üzən məzənnə bazarda tələb və təklifə uyğun olaraq müəyyən edilir”. ANS PRESS-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank valyuta alışları həyata keçirir. Hazırda Bank 85 milyon dollara kimi valyuta alıb.

“Hazırda manat “üzən” sistemdə öz yerini axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır”.

O deyib ki, bu gün narahatlıq üçün heç bir əsas yoxdur.

Qeyd edək ki, Elman Rüstəmov bundan əvvəl baş verən hər 2 devalvasiyadan öncə də manatın məzənnəsində dəyişiklik gözlənilmədiyini bəyan etmişdi. Bu baxımdan artıq ictimaiyyətdə onun sözlərinə inan itib. Tam əksinə, ictimaiyyətdə belə bir düşüncə yaranıb ki, Elman Rüstəmovun devalvasiyanın olmayacağını deyirsə, yaxın vaxtlarda bunun baş verəcəyini gözləmək lazımdır. Bu baxımdan, yəni Elman Rüstəmov yenə devalvasiyanın olmayacağından danışdığından, ehtiyatlı olmaq lazımdır.

 

Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə ötən il fevral 21-i, daha sonra isə dekabrın 21-də devalvasiyaya uğrayıb. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirdi.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Bu addım uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə atılıb.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar ötən ilin fevralından sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

BIR CAVAB BURAXIN