Eldar Mahmudovun KİV-dəki daha bir agenti həbs olundu

0
603

Bakıda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun KİV-dəki daha bir agenti həbs edilib.

Bu haqda öz “Feysbuk” səhifəsində hüquq müdafiəçisi Oqtay Güləliyev yazıb.

Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Gündəm xəbər” qəzetinin baş redaktoru Şahin Cəfərlini saxlayıblar.

Həbsdən əvvəl Şahin Cəfərlinin mənzilində axtarış aparılıb.

Qeyd edək ki, daha əvvəl MTN-ə işləmiş bir neçə aztirajlı KİV-in redaktoru da saxlanılıb. Onlardan biri, hər hansı konkret siyasi-ideoloji istiqaməti ilə fərqlənməyən jam.az saytına başçılıq etmiş jurnalist Fikrət Fərəməzoqludur.

BIR CAVAB BURAXIN