Qırğızıstanın eks prezidenti Əskər Akayev Almaniyada yumurta atəşinə məruz qalıb.
Sputnik xəbər verir ki, müharibə veteranları ilə görüşdə eks prezidentə yumurta atıblar. Həmin vaxt eks prezidentin yanında olan qızı çanta ilə yumurta atanların başına vurub. KyrgyzClub–Germany qrupu Əskər Akayevi tənqidi şüarlarla qarşılayıb.
Akayevdən tələb olunub ki, öz ana dilində danışsın. O, tələbə baxmayaraq çıxışını almanca davam etdirib.