Dünya idarəsi kimin əlindədir? – Piri Rəisin sirli xəritəsi

0
652

Piri Rəisin əfsanəvi xəritəsi

 

İstanbul  muzeylərinin birində 1513-ci ilin Atlantika xəritəsi saxlanılır.  Ceyran dərisinin üstündə Cənubi Amerika və Afrikanın xəritəsi çəkilib. Ən maraqlısı o idi ki, bu qədim xəritədə qitələr elə dəqiq yerləşdirilib ki, elə bil onları kosmosdan çəkmişdilər. İstanbul xəritəsini türk dəniz komandanı admiral Piri ibn Hacı Muhamməd tərtib etmişdi .Tarixçilər qeyd edirlər ki,ölkəsinin dəniz qüvvəsini təsdiqlənməsində bu insanın böyük rolu olub.O öz dünya xəritəsini 1513-cü ildə çəkmişdir və 1929-cu ildə tapılmış Atlantikanın xəritəsi həmən xəritənin yalnız bir hissəsidir. Cəsarətli dəniz komandanının həyatı sərgüzəştlər ilə, yüksəliş və enmələr ilə dolu idi. 1554-cü ildə Piri Reys edam olunmuşdur. Onun başını Gözəl Süleymanın əmri ilə kəsdilər. Admiral öz xəritəsində qeyd etmişdi: “Bu əsrdə heç kimin bu xəritə kimi xəritəsi yoxdur”.

 

Xəritədə Antarktidanın dəqiq sahilləri qeyd olunmuşdu

 

Antarktida, qitə kimi 1818-ci ildə kəşf olunmuşdur. Kəşf olunmamışdan 300-il əvvəl Piri Reysin xəritəsində Antarktidanın sahilləri böyük dəqiqliklə əks edilmişdir.

Ancaq admiralın xəritəsində hələ buzla örtülməmiş  Antarktidanın sahilləri qeyd olunmuşdu, bunu isə dərk etmək çox çətindir. Axı cənub qitənin sahillərinin müasir görünüşü sərhədindən xeyli qabağa çıxan qalın buz örtüyü ilə örtülüb. Elə çıxır ki, Piri Reys elə mənbələrdən istifadə edirdi ki, hansıları insanlar buzlamaqdan əvvəl   yığmışdılar? Amma bu mümkün deyil.

 

İş bundadır ki, peşakar xəritəçi qədim xəritələri öyrənəndə və onu müasir xəritə ilə müqaisə edəndə, həmin xəritəçinin bu və ya digər xəritəni çəkəndə müasir və ya başqa metodlardan  istifadə edib-etməməsini təyin edə bilər. Və nə vaxt ki, Piri Reysin xəritəsini müasir xəritə ilə müqaisə etdilər, aşkar etdilər  ki, demək olar ki, bunlar eynidir.  Xüsusilə, XVI əsrdə  türk admiralı tərəfindən hazırlanmış xəritə ABŞ-da İkinci Dünya müharibəsi zamanı hazırlanmış xəritəsinin hərfi təkrarıdır.

 

Xəritədə iki Amerika qeyd olunub

 

Piri Reysin xəritəsi ilk xəritələrdən biridir ki, hansında Amerikanın ikisi də qeyd olunub. O, Kolumbun səyahətindən və Amerikanın “rəsmi” kəşfindən 21 il sonra tərtib edilmişdi. Və onun üzərində nəinki dəqiq sahillər, hətta çaylar və And dağları da qeyd olunub. Və bu, o zamanda baş verib ki, Kolumb  Karib adalarına çatdığından sonra belə, Amerikanın coğrafi xəritəsini çəkməmişdi.

 

Məsələn, naməlum səbəblərə görə Piri Reys  Amazonkanı iki dəfə qeyd etmişdir, Cənubi Amerikanın qərb hissəsi isə heç göstərilməyib, lakin Çilinin sahillərinin relyefi və And dağları çox böyük dəqiqlik ilə qeyd olunmuşdur. Halbuki, o vaxtlar onlar məlum deyildilər. Xəritədə həmçinin  XVI əsrin axırlarında açılmış Folklend adaları da qeyd olunub.  Xəritədə həmçinin  lamalar (Amerika dəvələri) da təsvir olunub. Hansı ki, bu heyvan Cənubi Amreika qitəsinin heyvanlar cərgəsinə  səciyyəvidir, amma avropalılar o zaman bunlar haqqında heç nə eşitməmişdilər.

 

Alimlərin irəli sürdüyü hipotizalardan biri budur ki, insanlar Yerin kürə formasında olmasını Magellandan çox illər qabaq bilirdilər. Zamanında insanlar elə elmə malik idilər ki, hansının köməyi ilə insanlar Piri Reysin xəritəsi kimi dəqiq xəritə qura bilirdilər. (turkustan.info)

BIR CAVAB BURAXIN