Dünya bu xəstəliklə mübarizə aparır

0
345

Dünya əhalisinin çoxu qanazlığıyla mübarizə aparır və tək müalicə kimi dəmir həbləri görülür. Halbuki qansızlığının alt qatlarında fərqli səbəblər də ola bilər.

 

Axar.az xəbər verir ki, qanazlığı dərmanla müalicə edilsə də, bəzən mədə, bağırsaq, prostat xərçənglərinə qədər bir çox xəstəliklərin xəbərçisi ola bilər.

 

Ən çox rastlaşdığımız qanazlığının səbəbləri dəmir, B12 vitamini və fol turşusu əskikliyidir. Günlük həyatınıza təsir edəcək qədər qanazlığı problemi ilə üz-üzəsinizsə, bu vəziyyəti ciddiyə alıb müayinə olunmağınız mütləqdir.

 

Dəmir çatışmazlığı zamanı bu xəstəliklər ortaya çıxır:

 

Saç tökülməsi, qırılması, codlaşması;

 

Dırnaqların nazikləşməsi və qırılması;

 

Dildə ağrı və acılığın hiss edilməsi;

 

Gün ərzində həddindən çox halsızlıq və yorğunluq;

 

Uzun müddət dəmir əskikliyi nəticəsində dalaq, ciyər, ağciyər böyüməsi;

 

Əzələ və skelet sistemi xəstəliklərinin meydana gəlməsi;

 

Əsəb sistemi xəstəlikləri.

 

Dəmir çatışmazlığı genetik olaraq özünü büruzə verməklə yanaşı, nadir hallarda bəzi xərçəng xəstəliklərinin əlaməti də ola bilər.

 

Dəmir çatışmazlığı nə vaxt meydana gəlir?

 

Hamiləlik və körpələrin əmizdirilməsi zamanı

 

Mədə-bağırsaq sisteminin xora, qastrit, kolit, hemoroid, polip və xərçəng xəstəliklərinin meydana gəldiyi dövrlər.

 

Bağırsaq parazitlərinin ortaya çıxdığı zamanlar

 

Aspirin, yaxud oxşar dərman istifadə edildiyində

 

Ağciyər xəstəliklərinin ortaya çıxdığı zamanlar.

 

Bəzi qan xərçənglərinin əmələ gəldiyi zaman

 

Bəzən vegetarian kimi qidalandıqda

 

Çay və taxıl istehlakının çoxluğu zamanı

 

Bu problemlərlə qarşılaşdığınız zaman ilk olaraq dəmir əskikliyi və qansızlığa səbəb olmasını düşünmək lazımdır.

 

Əgər qanazlığının səbəbi dəmir əskikliyidirsə, lazımı dieta saxlamaq, yaxud dəmir həblərindən istifadə etmək olar.

 

B12 vitaminin əskikliyi zamanı üzləşəcəyiniz problemləri və aradan qaldırılması yollarını buradan oxuya bilərsiniz.

 

Fol turşusu çatışmazlığı depresiyaya səbəb ola bilər.

 

Yetkin insanlar gün ərzində 400 milli qram fol turşusu qəbul etməlidirlər. Bu miqdar uşaq və yaşlılarda dəyişir. Fol turşusu lazımi miqdarda qəbul edilməsə anemiyaya (qanazlığı) səbəb olur.

 

İnsanda gün ərzində yorğunluq keylik və halsızlıq, nəfəs çatışmazlığı, dəri və selikli qişada solğunluğun meydana gəlməsi, ağız və dodaq kənarında çatların yaranması, dil qızarması, dildə ağrı hiss olunması fol turşusu əskikliyinin göstəriciləridir.

 

Qeyd: Fol turşusu çatışmazlığı göstəriciləri başqa problemlərin də xəbərçisi ola bilər. Məsələn, dodaqkənarı çatlar B2, yaxud B6 vitaminin çatışmazlığından meydana gəlir.

 

Fol turşusu əskikliyi daha çox şərab, rakı, araq kimi spirtli içkilər qəbul edən və siqaret çəkən insanlarda daha çox rastlanılır. Belə şəxslərdə qanazlığıyla yanaşı, ağciyər xərçənginin meydana gəlməsi riski də yüksəkdir.

 

Fol turşusu daha çox yaşıl yarpaqlı tərəvəzlərdə, pivə mayasında, mal qara ciyərində, böyrəkdə, toyuq yumurtasında, pərdəsi götürülməmiş taxıl bitkilərində, çərəzlərdə, mərci, ispanaq, yonca, yosun, cəfəri, nanə, quru paxla kimi paxlalı bitkilərdə bol miqdardadır.

 

Qanazlığı ən çox qadınlarda rastlanılır. Müalicəsi üçün öncəliklə onun nə üçün meydana gəldiyini müəyyənləşdirmək mütləqdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × one =