Dostluq etdiyi ailənin sirrlərini öyrənib, evini yardı – Foto

0
463


 

Şəmkir sakini dostunun əmlakına göz dikib.

ARB xəbər verir ki, Şəmkir sakini 36 yaşlı Tacit Mehdiyev uzun illər dostluq etdiyi Qalib Abbasəliyevə məxsus mənzildən xeyli miqdarda nəğd pulun oğurlanmasını təşkil edib.

Mehdiyev sözügedən şəxsin evində külli miqdarda pul olması barədə Gəncə sakini 29 yaşlı Asif İsmayılov və həmkəndlisi 18 yaşlı Xəyal Hüseynovu məlumatlandırıb. Qurulan plan əsasında hər iki şəxs Qalib Abbasəliyevə məxsus evə yollanıb. Bu müddət ərzində ev sahibini söhbətə tutan Tacit Mehdiyev yoldaşlarına telefonla mesaj yazaraq, evə daxil olmaq üçün problem olmadığını bildirib.

Tacit Mehtiyev (saxlanılan şəxs): “Telefonla danışdıq, Asif gəldi. Getdilər, içəri girib pulu götürdülər. Sonra mənə 1600 manat pul verdilər”.

Asif İsmayılov (saxlanılan şəxs): “Tacit zəng etdi mənə, dedi ki, gəl, qonşuda pul var. Mən də gəldim. Sonra zəng etdi ki, keçin, götürün. Mən də keçib götürdüm. Zəng etdi ki, çıxın. Çıxdıq, pulu da böldük”.

Evdə bir xeyli axtarış aparan Asif İsmayılov və Xəyal Hüseynov oradan 7600 Azərbaycan manatını və 8000 ABŞ dollarını, eləcə də digər qiymətli əşyaları oğurluq yolu ilə ələ keçiriblər. Daha sonra isə ünvanı tərk edərək pulu öz aralarında bölüblər. Qənimətdən ən az pay isə dəstənin yaşca kiçik üzvü Xəyal Hüseynovun payına düşüb. Ona oğurlanan pulun 320 manatını veriblər.

Xəyal Hüseynov (saxlanılan şəxs): “Ondan 3-4 gün qabaq söhbət etdik. Dedik ev var, girib pulu götürüb çıxacağıq. Asiflə bərabər keçdim. Tacit zəng etdi ki, gəlmişik, keçək götürək. O da dedi keçin. Biz də aynanı kəsib keçdik. Pulu götürüb çıxdıq”.

Şəmkir Rayon Polis Şöbəsinin Cinayət axtarış və Kür bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri qısa zamanda nəticə verib.

Hər üç şəxs barəsində cinayət işi başlanılıb. İstintaq aparılır. Dəstə üzvlərinin digər cinayətlərdə iştirakı araşdırılır.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 − 8 =