Avropa Birliyi Azərbaycanla danışıqlara başlayır

0
540

11

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Azərbaycanla daha yaxın əlaqələr barədə yeni “hərtərəfli saziş” hazırlanmasına qərar veriblər.

Notabrın 14-də Brüsseldə keçirilən toplantıda məsələylə bağlı danışıqlar aparmaq üçün Avropa Komissiyası və birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqereniyə (Federica Mogherini) mandat verilib.

Yeni sənəd 1996-cı ildəki tərəfdaslıq və əməkdaşlıq razılaşmasını əvəz edəcək.

Bu razılaşma Avrioa Birliyinin Gürcüstan,Ukrayna və Moldova ilə imzaladığı asosasiya sazişindən az detallı olacaq.

Fundamental hüquqlar,ticarət və enerji sahəsində əməkdaşlıq məsələlərini əhatə edəcək gələcək danışıqların iki ildən çox sürəcəyi gözlənilir.

Ermənistan da 2015-ci ilin dekabrından Avropa Birliyi ilə yeni siyasi razılaşmayla bağlı danışıqlara başlayıb.

Qeyd edək ki, sonda Avropa Birliyi ilə asosasiya sazişindən dönən Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə qoşuldu.

Bakı Brüssel ilə danışıqların başlamasından məmnundur

Azərbaycan Avropa Birliyinin (AB) onunla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılmasından ötrü mandatın verilməsini alqışlayır.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federike Mogiriniyə belə mandatım verilməsini şərh edərkən bildirib.

Bakı AB ilə ayrıca müqavilənin imzalanmasına çoxdan təkid edir və bunu strateji əməkdaşlıq haqqında saziş adlandırır.

Ekspertlərin fikrincə, sazişin Bakının istədiyi formada gerçəkləşməsi çətin ki, mümkün olsun

Onların deməsinə görə, rəsmi Bakı gələcək müqavilədə siyasi əməkdaşlıq məsələlərinin maksimim məhdudlaşdırılmasına can atır. Brüssel isə bunun mümkün olmamasına əsaslanır. Təşkilat bildirir ki, Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“Turan” Agentliyinin xeberinə görə, AB-dəki məlumatlı mənbə deyib ki, Azərbaycanın istədiyi müqavilə heç onlarla Çin arasında yoxdur.

BIR CAVAB BURAXIN