Ukraynanın “Sağ sektor” könüllü korpusu Donetsk vilayətində ağır itki verib.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda “Hospitalyer” tibbi batalyonunun həkimi Yan Zinkeviç “Facebook”dakı səhifəsində bildirib.
Onun sözlərinə görə, anti-terror güclərinin ön mövqelərinin terrorçular tərəfindən artilleriya atəşinə tutulması nəticəsində böyük itkilər verib. Həkim 4 hərbçinin həlak olduğunu, 11-nin yaralandığını yazıb.