Donald Tramp keçmiş kəşfiyyatçını Ukraynaya göndərir

0
1119

Ukrayanada  ölkəsinin mövqelərini daha da möhkəmlətmək istəyən ABŞ prezidenti Donald Tramp  hər vasitə ilə adıçəkilən ölkəni özünün təsir dairəsində saxlamağa cəhd edir. Bunu Donald Trampın istefada olan general-leytenant,  vaxtı ilə  Pentaqon Kəşfiyyat İdarəsinin agentura kəşfiyyatına rəhbərlik Keith Daytonu Ukrayanaya səfir təyin etmək niyyətində olması da təsdiq ettməkdədir. Məsələ ilə əlaqədar Prezident Administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir ki, Donald Tramp Daytonun ABŞ-ın Ukraynadakı səfiri postuna  təyin edilməsi üçün onun namizədliyini Senata təqdim etmək niyyətindədir. Təbii ki, Tramp tərəfindən niyə məhz istefada olan generalın Ukrayanya səfir postuna təyin edilməsinin irəli sürülməsi çoxsaylı ehtimalların gündəmə gəlməsinə səbəb olub. İş orasındadır ki, ABŞ Dövlət Departamentində Ukraynaya səfir göndərmək üçün kifayət qədər təcrübəli diplomatlar var və onlar heç vaxt diplomatiya ilə peşəkar şəkildə məşğul olmayan və üstəlik qoca olan Keith Daytondan bu işin öhdəsindən daha yaxşı gələ bilərdilər. Lakin Tramp görünür istefada olan generalı Ukraynaya səfir təyin etmək niyyətinə düşməklə Kiyevi həm də hərbi-siyasi baxımdan özünə daha sıx bağlamaq və bölgədə Rusiyadan gələn təhlükəyə qarşı ön cəbhəni daha da möhkəmlətmək məqsədi güdür. Konkret olaraq Keith Daytona gəlincə, o qeyri-diplomatiya sahəsində daha təcrübəli və tanınmış mütəxəssis sayılır. 71 yaşındakı Keith Dayton həyatını  ən hərbi xidmət sərf edib. Daha əvvəl o, ABŞ quru qoşunları Nazirliyinin strategiya, planlaşdırma və siyasət idarəsinə, Vaşinqtonda Pentaqon Kəşfiyyat İdarəsinin agentura kəşfiyyatına rəhbərlik edib. Vaxtilə Səddam Hüseynin devrilməsi ilə nəticələnən “İraq azadlığı” kampaniyasının hazırlanmasında iştirak edən   İraqın öyrənilməsi üzrə qrupun direktoru da məhz Dayton olub.

Son illərdə Keith Dayton  İsrail və Fələstin Muxtariyyəti ABŞ Təhlükəsizlik koordinatoru vəzifəsində çalışmışdır. Bununla yanaşı, general həm də həyatını uzun illər Avropa və postsovet istiqamətlərində işləməyə həsr edib.

 2018-ci ildə istefa verəndən sonra o, Almaniyadakı Corc Marşall mərkəzinə rəhbərlik edib. Dayton  Qeyd edək ki, bu qurum Pentaqonun beş regional mərkəzlərindən biridir. Rəsmi məlumatlara inansaq  təşkilatın missiyası təhlükəsizlik sahəsində regional problemlərin həlli üçün imkanlar yaratmaqdır. Mərkəzin maraq dairəsinə yalnız Avropadakı fəaliyyət dairəsi daxil deyil. Qurum  həm də postsovet məkanı ölkələri olan Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistana dəstək verir. Marşall mərkəzi həmçinin Monqolustan və Əfqanıstanla sıx əlaqələrə malikdir.

Bundan əlavə, 2018-ci ilin noyabr ayında Pentaqon rəhbəri Ceyms Mettis tərəfindən Dayton Ukrayna məsələləri üzrə baş müşavir təyin edilib. Dayton professional səviyyədə rus və alman dillərini bilir, post-sovet məkan məsələləri ilə tanışdır. O, Virciniya ştatında Vilhelm və Mariya Kollecinin məzunudur, Kembric Universitetində tarix üzrə magistr, Cənubi Kaliforniya Universitetində Beynəlxalq münasibətlər üzrə magistr dərəcələrinə malikdir. Mərkəzin saytında   verilən məlumata görə, xarici ölkələr üzrə  xüsusi hazırlıq keçən Dayton Qarmişdə yerləşən ABŞ Ordu İnstitutunda Rusiya məsələlərini öyrənib.

 Xatırladaq ki,  Rusiyanın öyrənilməsi üzrə ABŞ Ordusu İnstitutu 1947-ci ildə yaradılıb və AFR ərazisində fəaliyyət göstərib. Təşkilatın missiyası rus dilini bilən, rus və Sovet mədəniyyəti, tarixi və siyasətindən yüksək səviyyədə baş çıxaran  hərbi mütəxəssislərin hazırlanması idi.

ABŞ-ın Ukraynadakı səfiri postuna daha çox namizəd kimi Donald Trampın Keith Dayton tərəfindən nəzərdən keçirilməsi haqqında məlumat 2019-cu ilin sonunda Amerika KİV-də ortaya çıxdı. Bu barədə “Politico” nəşri anonim mənbələrə istinadən məlumat verdi. Məqalədə qeyd edilirdi ki, Daytonun Ukraynaya səfiri postuna təyin edilməsi məqsədəuyğun olardı. Nəşr xatırladıb ki,  Corc Marşall Mərkəzində Dayton tərəfindən hazırlanan proqrama uyğun şəkildə ukraynalı mütəxəssislər üçün korrupsiya ilə mübarizə və müdafiə islahatları üçün xüsusi kurslar təşkil edilmişdi. Öz növbəsində Senatın sabiq məsləhətçisi, Ukrayna üzrə ekspert Daniel Vaydiç  “Politico”ya  verdiyi açıqlamada demişdi ki, Ukrayna üzrə kadr məsələsində boşluq hiss olunur və Daytonun bu vəzifəyə təyin edilməsi vaxtında atılan addım ola bilər.

Qeyd edək  ki, son  bir il ərzində ABŞ-ın Ukraynadakı səfiri postu boş qalmışdır. Kadr boşluğu Vaşinqtonun əvvəlki səfiri — diplomat Mari Jovanoviçin geri çağırmasından sonra yaranıb. Ümumiyyətlə isə Donald Tramp Jovanoviçiə antipatiyasını gizlətməyib. Trampın iddiasına görə, Yovanoviş  onun portretini  səfirlikdə asmaq istəməyib.

“Səfir səfirlikdə mənim portretimi yerləşdirməkdən imtina edib. Portreti divardan asmaq üçün ona iki il vaxt lazım gəldi”, – deyəTrump Fox & Friends proqramına müsahibəsində bildirib.

Daha sonra Jovanoviç Donald Trampın siyasi rəqibi Co Baydenə kompromis əldə etmək üçün Kiyevə təzyiq göstərmək cəhdləri ilə bağlı qalmaqalın mərkəzində oldu.

2019-cu ilin oktyabrında eks-səfir konqresdə qapalı dinləmələrdə Trampın əleyhinə ifadə verib. Jovanoviç, ABŞ prezidentinin administrasiyası tərəfindən təzyiqlərə , həmçinin vəkili Rudi Culiani tərəfindən ona ünvanlanmış ittihamlara məruz qaldığına görə Kiyevi tərk etməyə məcbur olduğunu bildirib. Yovanoviçin sözlərinə görə, Guliani onu nüfuzdan salmaq cəhdlərinə baş vurub. O özü haqqında Gulianiyə ukraynalı məmurlar tərəfindən məlumat verildiyini idida edib. Jovanoviçin sözlərinə görə, Daxili İşlər naziri Avakov ilə söhbətində sonuncu, Vaşinqtonun Kiyevi ABŞ-ın daxili siyasi ziddiyyətlərinə cəlb etmək cəhdlərindən narahat olduğunu bildirib. Bununla yanaşı, Avakovla söhbət zamanı Culianinin və onun yardımçılarının Baydenlər ailəsinin və Burisma şirkətinin işləri ilə maraqlandığı barədə suala da Jovanoviç müsbət cavab verib. O deyib ki, Baydenın qələbə şansını azaltmaq üçün Tramp bütün vasitələrdən istifadə edib.

Xatırladaq ki, 2020-ci ildə prezidentlik kampaniyasında iştirak etmək qərarını ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2019-cu ilin aprelində elan etmişdi. Bundan bir qədər əvvəl, The Hill qəzeti Baydenin Ukraynada işləyərkən korrupsiyaya bulaşması barədə material nəşr etmişdi.

İddiaya görə, 2014-cü ildə vitse-prezidentin oğlu Hunter Bayden Ukraynada fəaliyyət göstərən Burisma enerji şirkətinin direktorlar şurasında vəzifə alıb. Daha sonra Ukrayna Baş Prokurorluğu Hunter Baydenin şirkət rəhbərliyindən rüşvət almasından şübhələnib. Lakin müstəntiqlər onu dindirməyə çağıra bilmədilər, çünki Baş İdarənin rəhbəri Viktor Şokin Baydenin tələbi ilə istefaya göndərildi.

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyevin sözlərinə görə, ABŞ-ın Ukraynadakı yeni səfirinin təyin edilməsi demokratların Trampa impiçment elan etmək cəhdləri səbəbindən  bir il təxirə salınıb.

“İmpiçmentlə bağlı bütün tarix avqust-fevral ayları arasında gündəmə gəldi, buna görə də yeni səfirin təyinatı uzandı. Amma Ukrayna mövzusu Ağ Ev üçün aktual olaraq qalır, Baydenə qarşı irəli sürülən ittihamlar isə kəskinliyini itirmir”, — deyə ekspert RT-nin şərhində bildirib.

“Tramp peşəkar diplomatların xidmətlərindən imtina edib. O, bu ölkədə səfir kimi Dövlət Departamentinin strukturları ilə bağlı olmayan, Ukraynada səfir postuna    özünə tam loyal insanı görmək istəyir”, – deyə Vasilyev vurğulayıb.

Analitik hesab edir ki, Amerika prezidenti Baydenin ehtimal olunan korrupsiya əməllərindən onu ifşa etmək üçün istifadə etməkdə davam edəcək.

Bununla yanaşı, ekspertlər belə hesab  edirlər ki, sabiq hərbçinin səfir təyin edilməsi Kiyevə ABŞ tərəfindən hərbi yardımın həcminin artırılmasına ümid etməyə imkan verəcək.

Beynəlxalq Humanitar-Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter hesab edir ki, ABŞ Ukraynaya bundan sonra da dəstək verəcək. Amma bu o vaxt baş verəcək ki, Ukrayna Baydenə qarşı mübarizədə qarşıdan gələn seçkilərdə Trampa dəstək versin.

Bütün hallarda Tarmpın təcrübəli kəşfiyyatçını Ukraynaya səfir təyin etməsinin Vaşinqton-Kiyev münasibətlərində hərbi yaxınlaşmaya səbəb olacağı şübhə doğurmur. Bütün bunlar Rusiyaya yaxşı heç nə vəd etmir.

Əziz Mustafa