Daşqınlar nəticəsində Fransada ölənlərin sayı artmaqda davam edir

0
818

Leysan yağışları nəticəsində baş verən daşqınlar Fransanın cənubundakı Od departamentində 7 nəfirin ölməsinə 5 nəfərin də xəsarət almasına gətirib çıxarıb.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir: “Bir neçə saat ərzində Od departamentinin bəzi bölgələrinə 3 aylıq yağış norması yağıb. Saatda 100 kilometr sürətlə əsən külək çayların məcrasından çıxmasına səbəb olub. Əhali arasında itkilər var”.

Hazırda Fransa xilasediciləri müxtəlif təyinatlı ağır texnikanın, o cümlədən 8 vertolyotun yardımı ilə daşqınlardan zərərçəkən əhaliyə yardım göstərməyə çalışırlar. Hazırda  Baş nazir Eduar Filipp və Ekologiya naziri Fransua de Ryuji fəlakət zonasına getməyə hazırlaşırlar.

 

 

 

BIR CAVAB BURAXIN