Danimarka irlandları məğlub edə bilmədi

0
455

DÇ-2018-in seçmə mərhələsinin sonuncu pley-off oyununda Danimarka yığması İrlandiya yığmasını qəbul edib. Arazinfo.com-un verdiyi xəbərə görə

gərgin keşən oyunda hesab açılmayıb. Bu heç-heşə irlandların DÇ-yə getmə imkanlarını artırıb. LakinDanimarkanın da səfərdə sona kimi mübarəzə aparacağı istisna edilmir. Necə deyərlər bu cütlüyün taley, onlardan hansının dünya çempionatına gedəcəyi İrlandiyada keçiriləcək təkrar oyunda müəyyən ediləcək.

Yeri gəlmiıkən qeyd edək ki, danimarkalılar iki dəfə qitə çempionatı üçün həlledici duel həyəcanı yaşayıb. AÇ-2000-ə İsrail üzərində darmadağınla (5:0, 3:0) yüksələn şimallıları AÇ-2016-ya İsveç buraxmayıb. 16 ildən sonra mundiala yüksəlmək istəyən İrlandiya 8-ci dəfə pley-off oynamaqla Avropa rekordçusu olub. Bu yığma DÇ-2002, AÇ-2012 və AÇ-2016-ya bu mərhələdəki qələbə ilə yüksəlib. AÇ-1996, DÇ-1998, AÇ-2000, DÇ-2010-da isə irlandiyalıları pley-offda dayandırıblar.

DÇ-2018, pley-off oyunları

Avropa zonası, ilk oyunlar

11 noyabr

Danimarka – İrlandiya – 0:0

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 + 5 =