Nazarbayevdən sərt sözlər: “MDB “amorf təşkilat”dır”

0
594

Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı amorf təşkilatlara çevrilməməlidir”.

 

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Rossiya 24” telekanalına deyib.

 

“Bizim məqsədimiz ondan ibarətdir ki, Şanxay Əməkdaşlıq Təşkilatı amorf və kağız üzərində təşkilat olmasın. Hazırda ACEAN eyni vəziyyətdədir. Şanxay Əməkdaşlıq Təşkilatı ASEAN-a çevrilməməlidir, necə ki, MDB çevrildi. İndi çox əhəmiyyətli mərhələdəyik. Biz Daşkənddə yeni üzvləri – Hindistan və Pakistanı Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edəcəyik, İranın üzvlüyünə baxacağıq”, – Qazaxıstan dövlət başçısı bildirib.

 

O, qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiya məkanında çox əhəmiyyətli təşkilatdır.

 

“Mən həmçinin Avrasiya İqtisadi İttifaqı ilə bağlı narahatam”, – Nazarbayev əlavə edib.

BIR CAVAB BURAXIN