Dərbənddə polis rəisi terrorçuların əlinə keçdi

0
644

Rusiyanın Dərbənd şəhərində 5 mərtəbəli binanın mənzillərindən birində gizlənmiş mücahidlərə qarşı aparılan əməliyyat fiasko ilə nəticələnib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmkarları ilə birlikdə mənzilə daxil olmaq istəyən şəhər cinayət axtarış şöbəsinin rəisi mücahidlərin əlinə keçib.
Belə ki, polislər mənzilə daxil olmaq istəyərkən mücahidlərdən biri əlindəki əl qumbarasını onların üzərinə atıb.
Şəhərin polis rəisi və sahə müvəkkili yaralanaraq binanı tərk edə bilsə də, cinayət-axtarış şöbəsinin rəisi oranı tərk edə bilməyib.
Hazırda mücahidlərin əlində olan rəisin aqibəti ilə bağlı heç bir məlumat yoxdur.
Dərdənddəki xüsusi əməliyyat isə davam edir.

BIR CAVAB BURAXIN