Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

0
584

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

“Real” “Bavariya”nı qəbul edəcək. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion “Real” ardıcıl 3-cü dəfə finala adlamağa çox yaxındır. Lakin almanlar da təslim olmaq fikrində deyillər. Yupp Haynkesin yetirmələri səfərdə qalib gəlib, həlledici matça vəsiqə əldə etmək niyyətindədir.

Hər iki komanda oyuna ideal heyətlə çıxa bilməyəcək. İspanlarda, xüsusən də, müdafiənin sağ cinahındakı problem baş məşqçi Zinəddin Zidanı narahat edir. Belə ki, həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadır. Eyni zamanda yarımmüdafiəçi İskonun da oynamamaq ehtimalı var.

 

“Bavariya”da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Həmçinin Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.

Çempionlar Liqası

Yarımfinal (cavab oyunları)

1 may

22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid, “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:1

 

 

BIR CAVAB BURAXIN