“Çelsi”dən bərabərlik, “Barselona” və PSJ-dən qələbə

0
623

Çempionlar Liqasında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 4 qrupda komandalar növbəti oyunlarına çıxıblar.

 

Günə Bakıda start verilib. Turun saat baxımından daha tez başlayan yeganə oyunda Azərbaycan çempionu “Qarabağ” ikinci ev matçına çıxıb. Təmsilçimiz qrupda ilk xalını qazanıb – 0:0.

 

“Çelsi” və “Roma” arasında Londondakı görüş də heç-heçə başa çatıb.

 

A qrupunun lideri “Mançester Yunayted” Portuqaliyada “Benfika”nıməğlub edib.

 

Məhsuldar oyunu ilə göz oxşayan PSJ bu dəfə də Belçikada şou göstərib. Fransa təmsilçisi “Anderlext”lə qarşılaşmada 4 cavabsəz qola sevinib.

 

Məhz parislilərə məğlubiyyətdən sonra baş məşqçi dəyişikliyini gerçəkləşdirən “Bavariya” Yupp Haynkesin dönüşündən sonra ilk avrokubok sınağında evdə qələbəyə sevinib. Almanlar “Selitk”ə 3 qol vurublar.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

18 oktyabr

 

A qrupu

“Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1

Qol: Reşford, 64

 

MOİK (Rusiya) – “Bazel” (İsveçrə) – 0:2

Qol: Caka, 29, Oberlin, 90

 

1. Mançester Yunayted 3 3 0 0 8:1 9
2. Bazel 3 2 0 1 7:3 6
3. MOİK 3 1 0 2 3:7 3
4. Benfika 3 0 0 3 1:8 0

 

B qrupu

“Anderlext” (Belçika) – PSJ (Fransa) – 0:4

Qollar: Mbappe, 3, Kavani, 43, Neymar, 66, Di Mariya, 88

 

“Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya) – 3:0

Qollar: Müller, 17, Kimmix, 29, Hummels, 51

 

1. PSJ 3 3 0 0 12:0 9
2. Bavariya 3 2 0 1 6:3 6
3. Seltik 3 1 0 2 3:8 3
4. Anderlext 3 0 0 3 0:10 0

 

C qrupu

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) – 0:0

 

“Çelsi” (İngiltərə) – “Roma” (İtaliya) – 3:3

Qollar: David Luiz, 10, Azar, 37, 75 – Kolarov, 40, Ceko, 64, 70

 

1. Çelsi 3 2 1 0 11:4 7
2. Roma 3 1 2 0 5:4 5
3. Atletiko 3 0 2 1 1:2 2
4. Qarabağ 3 0 1 2 1:8 1

 

D qrupu

“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 2:1

Qollar: Pyaniç, 29, Mancukiç, 84 – Aleks Sandro, 12 (öz qapısına)

 

“Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan) – 3:1

Qollar: Nikolau, 18 (öz qapısına), Messi, 61, Din, 64

 

1. Barselona 3 3 0 0 7:1 9
2. Yuventus 3 2 0 1 4:4 6
3. Sportinq 3 1 0 2 4:5 3
4. Olimpiakos 3 0 0 3 3:8 0

 

BIR CAVAB BURAXIN