Cehiz almaq adı ilə mebel satıcılarını aldadan dəstə yaxalandı

0
975

Nəsimi rayonu ərazisində yerləşən mebel mağazalarından birində xoşagəlməz olub.

Səadət Məmmədova, Tural Xəlilov və Ruslan adlı 3 şəxs mağazaya yaxınlaşaraq toy edəcəklərini və dükandan mebel götürmək istədiklərini bildiriblər. Aldıqları mebellərin pulunu toydan sonra yığılacaq pulla ödəyəcəklərini deyərək satıcıları inandırmağı bacarıblar. Vədlərini əməl etməyən şəxslər sahibkara 7 min manat dəyərində ziyan vurublar.

Zərərçəkən Elvin Həmidov bildirib ki, gələnlər qızına cehiz verəcəyini söyləyərək onu aldadıblar: “Biz də güvəndik, mebelləri verdik. 1 aydır zəng etmişik. Deyir ki, verəcəyik. Biz də mənzilə müraciət etmişik. Evə yaxınlaşmışıq. Qapının cəftəsinin qırıq olduğunu görmüşük. Komendanta müraciət etmişik. O da deyib ki, nəinki siz, çox adam bununla bağlı müraciət edir”,-zərərçəkən söyləyib.

Bu həmin şəxslərin ilk dələduzluq faktı olmayıb. Onlar Sumqayıt şəhərində yerləşən obyektdən də 3600 dəyərində mebel götürüblər. Dükan sahibinə isə 200 manat beh veriblər.

Digər zərərçəkən isə mebeli göndərib, sonradan bəlli olub ki, fırıldaqçılar Sumqayıtda bir neçə mağazaya yaxınlaşıblar.

Hüquq mühafizə orqanalrında bu istiqamətdə araşdırma aparılır. (ARB)

BIR CAVAB BURAXIN