Casus rus diplomatlar ABŞ-ı tərk etdilər

0
658

Vaşinqtonda Rusiya səfirliyi

Vaşinqtonda Rusiya səfirliyi

ABŞ prezidenti Barack Obama-nın əmriylə qovulmuş rusiyalı diplomatlar Vaşinqtondan çıxıblar, Moskvaya yollanıblar.

Bu barədə Rusiya xəbər agentlikləri Rusiya səfirliyinə istinadla yazır.

«Təyyarə yerdən qalxıb», – Rusiyanın ABŞ-dakı səfirliyinin sözçüsü Nikolai Lakhonin yanvarın 1-də deyib. O, ABŞ-dan çıxarılmış bütün diplomatların təyyarədə olduğunu bildirib.

Ötən həftə Obama 35 diplomatın qovulması barədə göstəriş verib. Həmin şəxslər casusluqda şübhəli bilinir. Bundan başqa, Rusiyanın iki kəşfiyyat agentliyi üzərinə sanksiyalar qoyulub. Bu agentliklərin ABŞ-da seçkilərə müdaxilə məqsədiylə hakerlik etdiyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin dekabrın 30-da bildirib ki, Moskva amerikalıları ölkədən çıxarmayacaq. Putin yanvarın 20-dən işə başlayan yeni prezident Donald Trump-ın hərəkətlərini nəzərə alacağını, iki ölkə arasındakı münasibətlərin taleyinə ondan sonra qərar verəcəyini vurğulayıb.

BIR CAVAB BURAXIN