Canlı yayımda stolun altından it çıxdı, aparıcı nə edəcəyini bilmədi – Video

0
633

Canlı yayımda stolun altından it çıxdı, aparıcı nə edəcəyini bilmədi

Rusiyanın “Mir 24” telekanalında qadın aparıcı xəbərləri təqdim edərkən maraqlı hadisə baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, aparıcı xəbərləri oxuyarkən anidən stolun altında bir itin olduğunun fərqinə varıb. Hadisəyə təəccüblənən aparıcı işini görməyə davam etsə də, it bir anda hürməyə başlayıb.

Çarəsiz qalan aparıcı “Burada bir it var. Dostlar, mən bu itlə studiyada nə edim? Həm də mən pişikləri sevirəm” deyib.

İti oxşayaraq sakitləşdirən spiker daha sonra xəbərləri təqdim etməyə davam edib

https://youtu.be/xcyAsa6TXAg

BIR CAVAB BURAXIN