Cərrah xəstələrin qaraciyərinə adının baş hərfini yazdı

0
494
 
İngilis cərrah Saymon Bremholl adının baş hərflərini xəstələrin qaraciyərinə yazdığını etiraf edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Birmingem Məhkəməsində hakim qarşısına çıxan cərrah 2013-cü il fevral-avqust aylarındakı əməliyyatlar zamanı S və B hərflərini lazerlə xəstələrin qaraciyərinə yazdığını bildirib. Bremholl barəsində qərarın növbəti ay açıqlanması gözlənilir.
Qaraciyər cərrahları qanaxmanı lazer vasitəsilə saxlayır və cinayətkar həkimin bu addımı digər cərrah tərəfindən ortaya çıxarılıb. Bu addım zərərsiz hesab edilsə də, qeyri-etik addım kimi qəbul olunur. 2013-cü ildə hadisə məlum olandan sonra Saymon Bremholl istefaya göndərilib. Onun son 10 ildə xəstələrin qaraciyərinə imza atması istisna edilmir.

BIR CAVAB BURAXIN