Bu valyutadan alanlar milyonçu olacaqlar

0
649

 

Bitkoin. Belə bir söz eşitmisiniz? Son illər dünya gündəminə bomba kimi düşüb.

Bəs nədir bu bitkoin?

Çox sadə izahı var: Mərkəzi olmayan, kriptovalyuta.

İnternetdə yaradılıb və fəaliyyəti də yalnız internet üzərindəndir.

“Bitkoin” sözü “bit” və (minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir) və “koin” (“sikkə”) sözlərinin birləşməsindən yaranıb.

Bitkoin 2008-ci ildə 9 səhifəlik PDF sənədi ilə dünyada tanıdıldı.

Dünya tarixinin bəlkə də ən önəmli hadisələrindən olan bitkoinin 9 səhifəlik PDF sənədinin kim tərəfindən yazıldığı da bəlli deyil. Sadəcə bir ləqəb var: Satoşi Nakamoto. Satoşi Nakamoto adlı bir yapon tərəfindən bu ödəniş sistemi həyata keçirilib. Bu adam haqqında çoxlu söz-söhbətlər dolaşır, hətta bəziləri onun Elon Musk olduğunu iddia edir.

Sənəd bu cümlə ilə başlayır: “Şəxsdən şəxsə elektronik pul sistemi”

 

 

Bitkoin heç kimin nəzarətində deyil. Heç bir qurum bu valyutanı çoxalda bilməz. Heç bu haqda baş sındırmağa da dəyməz. Dünyanın milyonlarla kompüteri üzərindən riyazi hesablamalarla valyuta məsələsi meydana çıxır. Bitkoinin mahiyyəti bundan ibarətdir.

Bitkoin birja xaric heç bir vasitəyə ehtiyac duymadan hər ölkənin pul dövriyyəsi (evro, dollar, funt-sterlinq və s.) ilə alış-satış edə bilən mərkəzsiz sistemidir. Heç bir mərkəzi banka bağlı olmayan, qısaca “BTC” kimi adlanan valyutadır.

Bitkoin heç bir yerdə basılmır. Bitkoini veb platformalar üzərindən alıb-satmaq mümkün ola bilər. Sadəcə sayta girib qeydiyyatdan keçmək lazımdır. Sizdən tələb olunan sənədləri qaydasına salıb hesabınızı qəbul etdirə bilərsiniz. Qəbul edilməsə hesabınıza pul yatıra bilməzsiniz. Ancaq hesab açılandan sonra alış-satış etmək mümkündür. Üzvlər hesablarına pul göndərəndə və ya pul çıxaranda öz bank hesablarından istifadə edirlər.

Bəs bitkoini harda xərcləmək olar?

Alış-veriş mağazalarında, hotellerdə, barlarda və restoranlarda. Daha sonra bu mərkəzlərin artırılacağı düşünülür.

Mütəxəssislərin fikrincə, bitkoin hər yerdə istifadə ediləcək pul vahidi kimi bütün dünyada qəbul olunarsa, yəni hazırkı pulların yerini alarsa o zaman pulun dəyərini qorumaq kimi bir problemlə üzləşməyə ehtiyac qalmaz. Daha sadə dillə desək…

İnflyasiya nə oldu?

Filan pulun dəyəri neçəyə qalxdı?

Dollar artdımı, azaldımı?

Bütün bu suallar həyatımızdan çıxa bilər.

1 bitkoin 15 min dollar dəyərindədir.

Hazırda bir bitkoin alsanız, nə vaxtsa milyoner ola bilərsiniz.

Məsələn, bir oğlan 12 yaşındaykən bitkoin almağa başlayıb və 18 yaşında milyoner olub. Bu gəncin adı Erix Finmandı.

 

 

Bitkoin digər pul vahidləri kimi hər dəfə ehtiyac yarandıqda çap olunub çoxaldıla bilməz. Onun dəqiq sayı məlumdur: 21 milyon Bitkoin. Tədavülə bundan artıq bitkoin buraxıla bilməz. Hazırda tədavüldə 16 milyon bitkoin var. Proqrama görə 21 milyonuncu biktoin 2140-cı ildə istehsal olunacaq.

Görəsən bitkoin gələcəyin valyutası ola biləcəkmi?

Hələlik bu barədə net fikir demək çətindir. Bəzi iqtisadçılar onu təqdir edərkən, digərləri kriptovalyutanın gələcəyinə şübhə ilə yanaşırlar.

Əgər bitkoin hazırkı sınaqdan uğurlu çıxıb praktikada tətbiq olunarsa o zaman pulu tam əvəz edəcək. Və necə ki, pulun kəşfi tarixdə inqilab sayılırdı, bitkoinin kəşfi də belə bir inqilab olacaq. Deyəsən axı, sürətlə elektronlaşan dünyamızda pulun da elektronlaşmasının zamanı çatıb?Bizə sadəcə gözləmək düşür.

Hə, unutmamış deyək, arzulayanlar iştirakçıya da çevrilə bilərlər – bitkoin almaqla.

BIR CAVAB BURAXIN