“Bu Türkiyə tarixində ən uğursuz çevrilişdir, gərək Ərdoğanı devirərdilər”

0
693

Türk hərbçiləri çevriliş zamanı səhv ediblər ki, Ərdoğanı ələ keçirməyiblər. ANS PRESS-in məlumatına görə, bu fikri Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski bildirib.

Moskva Ankaraya çağırış etdi

Onun sözlərinə görə, Türkiyədə tezliklə növbəti çevriliş gözlənilir. “Çünki dinc əhali əslində Ərdoğanı deyil, hərbçiləri dəstəkləyir. Rusiya isə istənilən Türkiyə hakimiyyəti ilə işləməyə hazırdır”.

Jirinovski deyib ki, Türkiyə tarixində baş verən çevrilişlər içərisində sonuncusu uğursuz olub. Buna səbəb prezidenti vaxtında həbs edə bilməməkdir. Qurum rəsmisi qeyd edib ki, çevriliş zamanı çox güman ki, Ərdoğanın köməkçiləri Baş Qərargahda olub və onların sayəsində prezident paytaxtı tərk edə bilib.

“Çevrilişə saraydan başlamaq lazım idi. Əgər Ərdoğan tutulsaydı, çevriliş uğurla sona çatardı”, – deyə partiya rəhbəri vurğulayıb.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir.

Türkiyədə 2700 hakim istefa verdi

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.

BIR CAVAB BURAXIN