Demet Akalının 18 milyon TL-yə (təxminən 9 milyon manat) aldığı evinin yeni görüntüləri yayılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının evinə məşhur stilist və DJ kimi tanınan Kerimcan Durmaz qonaq olub. K.Durmaz dostunun saray kimi 4 mərtəbəli villasının bütün otaqlarını gəzərək videoya çəkib. Villanın görüntülərini instaqramda paylaşan Durmaz “Ev deyil, saraydır” , – deyə qeyd edib.
Müğənni Demet Akalın əri Okan Kurtla birlikdə aldığı 18 milyonluq evi haqqında bunları deyib:
“Biz də normal ailələr kimi borca girmişik. Odur ki, qənaət etməliyik. Həftədə üç gün çalışacağam. Pul lazımdır. Çalışmaqdan şikayət etməyin. Çalışmaq şərəf və namusdur”.
Qeyd edək ki, Beykozda təxminən 1,5 hektar ərazisi olan 4 mərtəbəli ev 7 otaq, 2 zal və hovuzdan ibarətdir