Bu adam kartofdan sərxoş olur – Qəribə xəstəlik

0
340


 

ABŞ-ın Ohayo ştatında yaşayan Nik Hes öz qəribə xəstəliyi ilə hər kəsi şoka salıb. Orqanizminin karbohidratı qısa müddətdə alkoqola çevirməsi onu sadəcə qonşularının yox, doğmalarının da gözündən salıb.

Arazinfo.com-un Musavat.com-a istinadən xəbərinə görə, bu adam kartof yeyən kimi sərxoş olur. Nikin dünyada az-az rast gəlinən bu xəstəliyindən xəbər tutmaq xeyli vaxt aparıb. Ailəsi içində kartof olan yemək yedikdən sonra Nikin kefləndiyini görəndə, onun gizli-gizli spirtli içki içdiyini, hətta spirtli içki aludəçisi olduğunu düşünməyə başlayıb. Hətta həyat yoldaşı onun başqaları ilə əyləncə məclislərinə getməsindən şübhələnib.

Üzləşdiyi qəribə durumla bağlı bir neçə xəstəxanaya müraciət edən Nikin əsl problemi sadəcə həkimləri yox, eşidən-bilən hər kəsi heyrətləndirib. Onun mədəsinin kartofu qısa zamanda spirtli içkiyə çevirdiyi, Nikin bu səbəbdən sərxoş olduğu üzə çıxıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 − five =