Brüsseli iğtişaşlar bürüdü: 70 nəfər tutuldu

0
564

Belçika paytaxtı Brüsseldə baş verən iğtişaşlar zamanı 70 nəfər saxlanılıb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb.

 

İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.

 

Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.

 

BIR CAVAB BURAXIN