“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib

0
1882

“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra illərdir həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduq. Qarabağ da bizə qovuşmanın həsrətini çəkirmiş. Azad, firavan olan Qarabağa artıq böyük Qayıdış Proqramı başlamışdır.

Ermənilər tərəfindən 30 il ərzində dağıdılaraq xarabalığa çevrilən ərazilər yenidən bərpa edilib, dirçəldilir, bu yerlərə yeni həyat, yeni yaşayış gəlir, həyat tədricən öz axarına düşür. Bir sözlə, dövlət olaraq, millət olaraq öz torpaqlarımıza sahibliyimizi sübut edir, qurub yaratmaq əzmi ilə bu torpaqlar yeni həyat bəxş edirik.

Hazırda həyata keçirilən bütün layihələrdə Qarabağın firəvanlaşması, burada quruculuq-abadlıq işlərinin aparılması, yeni infrastrukturun qurulması ən önəmli məslələrdən biridir.

Böyük Qayıdışın ilk addımları isə Zəngilan rayonunun Ağalı kəndində atıldı. Ağalı ağ günlərinə qovuşdu. Nəqliyyat xətlərinin qurulması proqramın başlaması, uğurla icrası üçün ilk addımlardan biri və vacibidir. Cənab Prezident İlham Əliyevin “Böyük Qayıdış” proqramı ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğundan xəbər verir. Bu tərəqqi təkcə Qarabağın deyil, bütövlükdə bütün Azərbaycanın cənnətə çevrilməsi deməkdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli