Vatikan Türkiyəni xaçlı yürüşlərinin hədəfinə çevirib

0
711

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın Anadolunin xaçlıların hədəfinə çevrilməsi ilə bağlı yazısını oxucularına təqdim edir

Dünya dinləri tarixində Anadolunun özünəməxsus rolu var. Anadolu xristianlığın ilk dövrlərində Həzrəti İsanın (s.ə.v.) dinini yaymaq üçün fəaliyyətəbaşlayan müqəddəs həvarilərə (apostollara) öz qoynunda yer verib. Xristianlığı yaymaq üstündə təqiblərə məruz qalan həvarilərin çoxu Anadoluya sığınmaqla onlarıgözləyən labüd təhlükədən xilas ola biliblər. Ümumiyyətlə götürdükdə, xristianlığı yayan 12 həvaridən 7-si Anadolunu bu dinin vətəni etmək üçün çalışıb. Nəticədə Türkiyədə xristianlıq üçün müqəddəs olan və bu gündə xaçlıların varislərinin ziyarət yerinə çevrilən kilsələrdə onlarla müqəddəsin məzarı var.

 Məryəm Ana Anadoluda yaşayıb

Həzrəti İsanın (s.ə.v.) anası, Həzrəti Məryəm ana da təqiblərdən qaçaraq Anadoluya sığınmış və burada özünə rahatlıq tapmışdır. Rəvayətə görə, həvarilərdən Müqəddəs Yuhanna İsa çarmıxaçəkildikdən sonra Məryəm Ananı onu gözləyən ölümdən xilas etmək məqsədilə Qüdsdən qaçıraraq, gizli yollarla Efesə gətirib. O, Efes yaxınlığındakı Bülbül dağında Məryəm Ana üçün ev tikib. Bu ev indiyə kimi qalır. Bəzi məlumatlara görə, Məryəm Ana Bülbül dağındakı evində 105 il yaşayıb və burada da ölüb. Müqəddəs Yuhanna da burada vəfat edib və məzarı da oradadır. 1967-ci ildən başlayaraq xristian dünyası Məryəm ananın məzarını ziyarət, həcc yerinə çevirib. Məryəm Ananın evi olan yerin yanında 1967-ci ildə böyük bir kilsə tikilib. Bu kilsədə hər il avqust ayının 2-ci yarısının ilk bazar günü Məryəm Ananı anma mərasimi keçirilir. Bu mərasimdə iştiraketmək üçün Avropadan, Amerikadan, Afrikadan, Asiyadan, hətta uzaq Avstriyadan belə, on minlərlə xristian Efesə gəlir. Bu ayinlər elə yüksək səviyyədə təşkil olunur ki, adam ona həsəd aparır. Mərasimdə xristianlığın yayılması üçün bəzi qərarlar da qəbul edilir və gələcək illərdə görüləcək işlər müəyyənləşdirilir. Əslində bu dini mərasimin yüksək səviyyədə keçirilməsinin bir səbəbi də xristianlığın Anadoluda yayılmasına yönəlib. Bu barədə sonra danışacağıq. Məryəm Ananın xatirəsinin hər il yad edilməsi üçün xristian xeyriyyə təşkilatları milyonlarla dollar xərcləyirlər. Bəzi məlumatlara görə, təkcə 1999-cu ildə Məryəm Ananın xatirəsini yad etmək məqsədilə 150-200 milyon dollar xərclənib. Qeyd etdiyimiz kimi, bu pulun böyük hissəsi Anadoluda xristianlığı yaymaq üçün sərf edilir. Hər il Məryəm Ananı anma mərasimində paylanmaq məqsədilə xristianlığı təbliğ edən on minlərlə dini kitab Türkiyəyə gətirilir və dinindən, məzhəbindən asılı olmayaraq, bütün yerli vətəndaşlara pulsuz paylanır. Anadoludakı xristianların digər müqəddəs yeri İznik hesab edilir.

İznikdəki Ayasofiya kilsəsi və Konsul sarayı da xristianların müqəddəs yerlərindəndir. Xristianlığıtəbliğ etmək üçün konsulların keçirdikləri 19 gizli toplantıdan ikisinə (birincisi və yeddincisi) İznik ev sahibliyi edib. Təbii ki, xristianların heyranlıqla və həsədlə gözlərini dikdikləri digər müqəddəs yer İstanbuldadır. Buradakı Ayasofiya kilsəsi xaçlıların ən müqəddəs həcc yerlərindəndir. Xristianlığın ən böyük məzhəbləri olan pravoslav dininin mərkəzi İstanbul hesab edilir. Burada konsul toplantılarının beşi keçirilib. Ümumiyyətlə, Avropada müqəddəs həcc yeri kimi İstanbula böyük maraq var. İstanbultəkcə yunanların deyil, həm də dünya xristianlarının arzular şəhəridir. Anadoluda xaçlıların ən çox ziyarət etdikləri digər yer isə Antakyadır. Antakyada xristian dünyasının ən böyük və müqəddəs hesab etdiyi kilsələrdən biri olan Saynte Pyerre kilsəsi yerləşir. Bura 1963-cü ildə Papa 6-cı Pavel tərəfindən həcc yeri elan edilib. Xaçlıların rəvayətlərinə görə, Həzrəti İsaya inanan insanlar ilk dəfə burada xristian elan olunub və xaç suyuna salınıblar. AntalyaDəmrədəki kilsə isə xristianlıq dünyasının Şaxta babası olaraq tanınan Müqəddəs Nikolasın adına inşa edilib. Burada hər il dekabr ayının 6-8-də dini bir festival keçirilir. Bu festivalda da dünyanın hər yerindən gələn on minlərlə xristian iştirak edir. Xristianlığın Türkiyədə digər müqəddəs yeri Kapadokiyadır. Bura Müqəddəs Pavlusun 30 il missionerlik fəaliyyətiləməşğul olduğu bir yerdir. Kapadokiyada o, ilk kilsələrdən birini inşa etdirib. Buradakı qayalardaibadət etmək üçün xristianlar 220 kilsə (otaqlar) tikiblər. İspartadakı Yalvacda olan və adı İncildə çəkilən Saynt Pavel (Paul) kilsəsi də xristianların Müqəddəs ziyarət yerlərindəndir. Yenə də xaçlı rəvayətlərinə inansaq, müqəddəs Pavel və Müqəddəs Barnabas burada ilk rəsmi vəzlərini ediblər. Xristianlığın qadağan olunduğu vaxtda həvarilərin gizli toplantı keçirdikləri, ibadət etdikləri və İzmir, Efes, Berqama, Tyatira, Laadecea, Filadelfiya və Sart adı verdikləri 7 müqəddəs kilsə də Anadoludadır. Və bu kilsələrdə də hər il dünya xaçlılarının iştirakı ilə dini mərasimlər keçirilir. Ümumiyyətlə, Vatikan tərəfindən Türkiyədə30-a yaxın müqəddəs kilsə və şəhər xristianların həcc yeri elan edilib və onlar buranı ziyarət etməklə müqəddəs (hacı) olurlar. Qeyd edək ki, xaçlıların idarə olunduğu Vatikan Anadolunu müqəddəs həcc yeri elan edib. Hər bir xaçlı Allah qarşısında günahını yumaq, təmizlənmək istəyirsə, hökmən Türkiyəyə həcc ziyarətinə getməlidir. Papanın göstərişi ilə Həzrəti İsanın doğum günü 2000-ci ildə Türkiyədəki kilsələrdə böyük təntənə ilə qeyd edildi. Yüz minlərlə xaçlı Həzrəti İsanın doğum gününü qeyd etmək üçün Anadoluya axışdı. Əlbəttə, xaçlıların Anadoluda müqəddəs hesab edilən kilsələri həcc ziyarətinə gəlmələri Türkiyənin xəzinəsinə hər il milyonlarla dollar gəlir gətirir. Bu, danılmaz faktlardandır. Amma… xaçlıların Türkiyəyə axınıAnadolunun başında xaçlı dünyasının oynadığı yeni təhlükəli oyunlardan xəbər verir.

Türkiyə xaçlıların hədəfində

Xaçlıların Türkiyəyə belə böyük maraq göstərmələrinin arxasında müəyyən məqsədlərdayandığı şübhə doğurmur. Xaçlı dünyası 11-15-ci əsrlərdə babalarının Şərqə düzənlədikləri yürüşləri yeni dövrdə davam etdirirlər. Xatırladaq ki, xaçlı yürüşlərinin hədəfi 11- 15-ci əsrlərdə indiki Fələstinvə İsrail ərazilərindəki xristianların müqəddəs yerlərini müsəlmanlardan azad etmək olub. Amma onlar buna nail ola bilmədilər. Şərqə yürüşə çıxan xaçlılara türklər ağır zərbələr vurdular. Amma Osmanlının çökməsindən sonra Avropa xaçlı   Məhz bu baxımdan xaçlılar yenə quzğun kimi Türkiyəyə axışırlar. Müəyyən dövrdənsonra xaçlıların orta əsrlərdə olduğu kimi, hansısa bəhanə ilə xristianların müqəddəs yerlərinimüsəlmanlardan qorumaq üçün təcavüzə, hər cür hərəkətə əl atacaqlarına şübhə yoxdur. Ona görə də xaçlılar tərəfindən Türkiyədəki müqəddəs yerlərin ziyarətgaha çevrilməsinə ehtiyatlayanaşmaq lazımdır. Yoxsa, bu gün xaçlıların həcc  Türkiyəni fəlakətə sürükləyə bilər

Əziz Mustafa/Arazinfo.com

 

BIR CAVAB BURAXIN